götür-qoy eləmək

to weigh for and against / to weigh pro and con / to puzzle one’s brains / to beat one’s brains / to break one’s brains / to weigh smth. up (to think over smth.) раскидывать умом / расскинуть мозгами / взвешивать все «за» и «против» (обдумывать)
götür-qoy edənə qədər
götürə iş
OBASTAN VİKİ
Milo Qoy
Milo Goj — (d. 30 aprel 1959, Milan) — İtalyan sənətşünas, televiziya aparıcısı və universitet professoru. "Il Giornale" və "Affari Italiani" qəzetlərinin köşə yazarı, Bolonya Universitetinin sənətə tətbiqi sosiologiyasının professoru və "Akme İncəsənət Akademiyasının professoru". Bocconi Universitetində sənət tarixini oxuyub, biznes iqtisadiyyatı, marketinq və kommunikasiya ixtisası üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra o, Mondadori Qrupuna jurnalist kimi qoşulub. O, bütün karyerasını iqtisadi jurnallarda işıqlandırıb, 1999-cu ildə aylıq Espansione-nin baş redaktoruna qədər, 2007-ci ilə qədər bu vəzifəni tutdu. O, həftəlik "Il Valore" jurnalının idarəedici direktoru (2007–2008), aylıq "Tempo Economico" jurnalının idarəedici direktoru (2008–2010), "Finarte Journal" qəzetinin idarəedici direktoru (2014), rəqəmsal qəzet "The Map Report" (2019–2021), "L'Incontro" qəzetinin idarəedici və redaktor direktoru.
Qoy vuki udsun
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Götür mənim ruhumu (film, 2010)
Götür mənim ruhumu (ing. My Soul to Take) — 2010-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin büdcəsinin nisbətən böyük olmasına baxmayaraq, gəliri az olmuşdur. == Məzmun == Əfsanəyə görə Riverton şəhərində Seriyalı qatil ölümündən sonra yenidən qayıdacaqdır. Qayıdanda isə onun öldüyü gecədə doğulan yeddi uşağı qətlə yetirəcəkdir. 16 ildən sonra şəhərin yerli əhalisi gözlənilmədən itməyə başlayır...
Qoy danışsınlar! (film, 1968)
Qoy danışsınlar! (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi. İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.
Qoy oturmuşuq (veriliş, 2007)
Əyləncəli verilişdə dəvət olunan qonaqlar maraqlı mövzularda əhvalatlar və xatirələrini danışırlar. Veriliş həftəiçi hər gün efirdə olur.
Qoy danışsınlar (tok-şou)
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Özünü onun yerinə qoy (film, 1983)
Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.